İlin yekun “Nümayəndə günü” keçirilib

Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin həftəlik tədbirlər planına uyğun olaraq dekabr ayının 12-də Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov iclas iştirakçılarını salamladıqdan sonra İƏD üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tapşırıb.
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iştirakçıları gündəliklə tanış edib və “Azərbaycan respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 13 may  2019-cu il tarixli 37 nömrəli Sərəncamına əlavə olaraq 27 iyun 2019-cu il tarixdə təsdiq olunmuş tədbirlər planının icrası ilə əlaqədar sözü Əmlak Məsələləri Dövlət Komitəsi yanında Ünvan Reyestr xidmətinin Şəki layihə-tədqiqat idarəsinin sahə rəisi Arif Rəsulova verib.

A.Rəsulov rayon üzrə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslandırıcı sənədlərə malik olmayan, o cümlədən qüvvədə olan şəhərsalma norma və qaydalarına tam riayət edilməməklə inşa edilmiş yaşayış, bağ evlərinin və torpaq sahələrinin qeydiyyatının aparılması barədə ətraflı məlumat verib.
Kargüzarlıq işinin aparılması və etik davranış qaydalarına əməl olunması barədə RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq işinin aparılması və etik davranış qaydalarına əməl olunmasına dair İƏD üzrə nümayəndəliklərdə icra vəziyyəti barədə danışıb, məsələ ilə bağlı tapşırıqlarını verib.
Sonda R.Səmədov İƏD üzrə nümayəndəliklərin 2020-ci ilin birinci yarımili üçün iş planlarının hazırlanmasından, İƏD üzrə nümayəndələrin və bələdiyyələrin 2019-cu il ərazində gördüyü işlərə dair hesabatların hazırlanmasından danışıb.  Qısa müddətdə hesabat arayışlarının hazırlanaraq RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə təqdim olunmasını tapşırıb. Eləcə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə İƏD üzrə nümayəndəliklərdə tədbirlərin keçirilməsi, ərazilərdə və magistral yol kənarlarında bayram təbriki lövhələrinin asılması barədə İƏD üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıqları çatdırıb.
İlin son yığıncağı iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

E.Manafov

Şərh Yaz