Gənclərin ideoloji və siyasi tərbiyəsinin əsasında onların məşğulluğunun artırılması və peşə yönümünün səmərəli təşkili dayanır

Bir neçə ilin təcrübəsindən bizə yaxşı məlumdur ki, bölgəmizin çoxistiqamətli inkişafı ilə bağlı bütün vacib məsələlər, qarşıya çıxan problemlər “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələlərində öyrənilir, müzakirə edilir, növbəti zaman üçün fəaliyyət proqramları hazırlanır. Bilavasitə İdarəetmə məktəbinin təsisçisi, Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov çox yerində olaraq bugünkü məşğələnin gündəliyinə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi əsasında ideoloji işin təşkili məsələsini daxil edib.

Ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də dövlətin əsas hədəflərini müəyyən  etmişdir. Azərbaycan xalqının xilaskarı kimi yenidən ölkəmizin  idarə olunması məsuliyyətini öz üzərinə götürən Ulu öndərimiz 90-cı illərin əvvəlində gənclərimizin əqli, elmi, mənəvi və fiziki cəhətdən formalaşması, məşğulluğunun təmin edilməsi və artırılması üçün zəruri tədbirlər görmüşdür. O zaman həyatı taleyin  ümidinə buraxılmış Azərbaycan gəncliyi  xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təşkilatlanmış, ölkənin inkişafının aparıcı qüvvəsinə çevrilmiş, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi vacib vəzifə kimi aid qurumların qarşısına qoyulmuşdur.

Bütün Azərbaycan gəncliyi üçün sevindirici haldır ki, ümummilli liderin gənclər siyasəti sahəsində başladığı işi cənab Prezident İlham Əliyev uğurla, dəyanətlə, yaradıcılıqla davam etdirir. Bakı Dövlət Universitetinin 100 illik yubileyində  ölkə rəhbərinin  söylədiyi səfərbəredici  nitq bir daha bu fikri təsdiq edir. Gənclər təşkilatlarında, ideologiya, siyasət, tərbiyə sahəsində çalışanlara yönəlik ciddi tapşırıqlar cənab Prezidentin nitqinin əsas qayəsini təşkil edir.

Əvvəlcə onu qeyd edim ki, ideoloji işin səmərəli təşkilinin nəticəsi olaraq rayon gəncləri arasında dövlətçilik  mövqeyindən yayınan, müxalifət adına topluma qoşulan bir nəfər də yoxdur. Tərbiyə işində hələ də müəyyən nöqsanların olması o səbəbdəndir ki, həmişə vəhdətdə götürülən təlim və  tərbiyə işinə eyni dərəcədə yanaşılmır. Bunun üçün ümumtəhsil sistemi, gənclər təşkilatları və aid digər qurumlarla birgə tərbiyə işinə müasir aspektdən  yanaşılmalıdır.

Gənclərin məşğulluğunun artırılması, işlə təmin olunması, peşələrə yiyələnməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün rayon İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə bir sıra səmərəli işlərin həyata keçirildiyini qeyd etmək istərdim. 2013-2014-cü illərdə ingilis dili və dizayner kursları təşkil olundu. Həmin kursların məzunları bir sıra sahələrdə bacarıqla çalışırlar. Hərbi xidmətdən qayıtmış peşə və ixtisas təhsili olmayan gənclər üçün “Gənc təsərrüfatçılar məktəbi” açıldı. Həmin məktəbin məzunları da müxtəlif təsərrüfat sahələrində aparıcı qüvvəyə çevrilə biliblər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başladığı bu işi rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzi birgə tədbirlərlə davam etdirməyi əsas vəzifəsi hesab edir. Rayon ərazisində qeyd olunan istiqamətlər üzrə təlimin təşkilinə rayon gənclərinin ehtiyacı vardır. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təbliği və bu sahəyə gənclərin cəlbi ilə əlaqədar əsaslı bir iş görüldüyünü demək mümkün deyildir. İşəgötürülənlər, sahibkarlıq və kommersiya təşkilatları, rayon ərazisində mövcud olan səhmdar cəmiyyətlər bu işdə çox təəssüf ki, gəncləri özləri ilə yanaşı görmürlər.

Rayon Gənclər və İdman İdarəsinin bütün fəaliyyətindən, gənclərimizin təhsildə, idmanda intellektual və hərbi oyunlarda, bilik yarışlarında qazandığı uğurlardan söz açmır, yalnız iki faktı qeyd etməyi vacib sayıram. “Ölkəmizi tanıyaq” tur-aksiyası zamanı şagirdlərimiz 9 rayon arasında keçirilən bilik yarışında kuboka sahib çıxıb. “Əlaçı” televiziya yarışında 2 şagirdimiz birinci yer tutub. Bu qələbələr “Təhsil İsmayıllının brendidir” fikrini yenidən təsdiq edir. Qaliblərin rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilməsi  və mükafatlandırılması qazanılacaq yeni-yeni nailiyyətləri əsaslı surətdə stimullaşdırır.

Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki nitqində cənab Prezident demişdir: – Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliyi – bu sintez Azərbaycanda var. Gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər”. Bu dahiyanə fikri rəhbər tutaraq əminliklə deyirəm ki, daim tövsiyə olunan təcrübədən bütün fəaliyyət istiqamətlərində faydalanmağa çalışacaq və ideoloji işin əsaslı surətdə yaxşılaşdırılmasına nail olacağıq.

Taleh Salehov,

Gİİ-nin rəisi

 

Şərh Yaz