Dostluq əlaqələrinə töhfə

Azərbaycanın İsmayıllı, Özbəkistanın Fərqanə vilayətinin Riştan şəhərləri arasında dostluq əlaqələri qurulmasının birinci ildönümü ərəfəsində AZƏRTACın Orta Asiya ölkələri üzrə müxbiri Qulu Kəngərlidən şad xəbər:

Daşkənddəki “Lesson press” nəşriyyatında özbək şairəsi Gülçöhrə Şəhabiddin qızının “Səni sevirəm, həyat” adlı şeirlər kitabı Azərbaycan və özbək dillərində çap edilib.

Şeirləri orijinaldan dilimizə Azərbaycanın İsmayıllı rayonunda yaşayıb-yaradan şair və publisist Şahməmməd Dağlaroğlu çevirib.

Kitabdakı “Ön söz”də bildirilir ki, şairənin 10-dan artıq şeirlər kitabı, 30-dan çox metodik vəsaiti çap edilib. G.Şəhabiddin qızı Özbəkistan mətbuatında çap olunan onlarca elmi və publisistik məqalənin müəllifidir.

Şairənin Vətən, məhəbbət, təbiət, həyat haqqında şeirləri Azərbaycan, rus, ingilis, türk, qırğız, qazax, tacik və digər dillərə tərcümə olunub.

“İsmayıllırləri”

Şərh Yaz