İxtisas seçimində düzgün mövqe

Dekabr ayının 9-da İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri – iqtisadiyyat elmi üzrə fəlsəfə doktorları Akif Məmmədov, Qəhrəman Bayramov və İbrahim Quliyev ilə görüş keçirilib.

Görüşdə İsmayıllı rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov, şəhərin 4 və 5 nömrəli tam orta məktəblərinin  və görüşə ev sahibliyi edən məktəb liseyin X-XI sinif şagirdləri iştirak edib.

Şagirdlərə yaxşı oxumaq, layiqli vətəndaş kimi yetişmək,  ixtisas seçimində düzgün mövqe tutmaq və bu kimi  bir sıra məsələlərdə məlumat  və məsləhətlər verilib.

Nüfuzlu təhsil ocağının müəllimləri şagirdləri maraqlandıran sualları cavablandırıblar.

İsmayıllı xəbərləri”

Şərh Yaz