Dahi şəxsiyyət ehtiramla yad olunub

5-7 dekabr ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmat üzrə rayon birinciliyi keçirilib. Yarış səhər və günorta növbələri arasında 5 yaş qrup üzrə dairəvi sistemdə keçirilib.

Məktəbin direktoru Nəriman Alıyev intellekt səviyyələrini sınağa çəkməzdən əvvəl iştirakçılara Ulu öndərin keçdiyi mənalı həyat yolu ilə bağlı geniş məlumat verib. Dahi şəxsiyyətin unudulmaz xatirəsi ehtiramla yad olunub.

Məktəblilər arasında keçirilən bu birinciliyin bağlanış tədbiri dekabr ayının 11-də baş tutub. Yarışda müvafiq yüksək yerləri tutmuş idmançılar İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin diplom və medalları ilə təltif ediliblər.

Tural Haşımov

 

Şərh Yaz