Bədii və fəlsəfi fikirdə iz qoymuş mütəfəkkir

2019-cu il – “Nəsimi ili” tamam olur. İlin Nəsimi ilə bağlı son tədbirlərindən biri dekabrın 25-də İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbində keçirilib.

Tədbir “Məndə sığar iki cahan” adlı məşhur  xor-kompozisiyanın şagirdlər tərəfindən səsləndirilməsi ilə başlayıb.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mətanət Şaməmmədova dahi şairin həyat və yaradıcılığı barədə danışıb. “Nəsimi” bədii filmindən şairin edam səhnəsi nümayiş etdirilib.

İsmayıllı Rayon Təhsil Şöbəsinin tədbirdə iştirak edən əməkdaşı Rəna Mirzəliyeva qeyd edib ki, Nəsimi özündən sonra zəngin bir irs qoyub gedib. Dahi sənətkar insana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm edərək şeirlərində insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi kimi vəsf edib. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Nəsimi ruhlu şeirlərin müəllifi, bu istiqamətdə Özbəkistanda keçirilmiş müsabiqənin Azərbaycan üzrə qalibi, şair Oqtay İsmayıllı tədbirdə çıxış edib. Yaradıcılığından nümunələr səsləndirib.

İsmayıllı yazarlarından Xalıq Yusifoğlu və Şahməmməd Dağlaroğlu tədbirdə iştirak və çıxış ediblər.

Məktəbin direktoru Şəbnəm Osmanlı tədbirin keçirilməsində əməyi və iştirakı olanlara təşəkkür edib.

Azər Şahalıyev,

ktəbin müəllimi

 

Şərh Yaz