İsmayıllı Bələdiyyəsi üzvlüyünə namizəd KAZIMOV QÜDRƏT ƏLVƏRT OĞLU

Qüdrət Kazımov 1973-cü ildə İsmayıllı rayonunda anadan olmuş, 1990-cı ildə İsmayıllı şəhər 3 saylı orta məktəbi bitirmişdir. Azərbaycan İctimai-Siyasi Universitetinin Hüquqşünaslıq fakültəsini bitirdikdən sonra uzun müddət bank sektorunda çalışmışdır.

2001-2019-cu illərdə Ümumrespublika Gənclər Təşkilatı olan “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin (GANİB) sədri vəzifəsində çalışmışdır. Sədrliyi illərində onun layihə rəhbərliyi ilə 20-dən artıq layihə icra olunmuşdur, bunlar arasında BMT-nin İnkişaf Proqramı, USAİD və bir sıra beynəlxalq təşkilatların maliyyələşdirdiyi layihələr olmuşdur. Eyni zamanda, Q.Kazımov Azərbaycan Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən də maliyyələşmiş layihələri icra etmişdir. Uğurlu fəaliyyəti nəticəsində 2009-cu ildə ölkənin ən aparıcı gənclər təşkilatlarından biri olan, 100-dən artıq gənclər təşkilatını özündə birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvü seçilmişdir.

Q.Kazımov GANİB sədrliyi ərzində 10-dan çox yerli və beynəlxalq konfrans və qurultaylarda iştirak etmişdir. Belə ki, 25-27 aprel 2016-cı il tarixlərdə Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda, 15-17 aprel 2019-cu il tarixlərdə Bakı şəhərində keçirilmiş Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq konfransda iştirak etmişdir. Sonuncu konfrans ABŞ Ədliyyə Departamenti ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə əməkdaşlığı çərçivəsində keçirilmiş və Azərbaycanı vətəndaş cəmiyyəti üzrə təmsil edən iki nəfərdən biri GANİB sədri Q.Kazımov olmuşdur.

Q.Kazımov III və IV Çağırış Bələdiyyə seçkilərində Bələdiyyə üzvü seçilmiş və sədr müavini vəzifəsində çalışmışdır. V Çağırış Bələdiyyə seçkilərində İsmayıllı Bələdiyyəsinə üzvlüyə namizədliyini yenidən irəli sürür.

Şərh Yaz