Finala 3 vəsiqə

Oğuz rayonunda “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin zona yarışı keçirilib.

Gərgin keçən mübarizə nəticəsində məktəbimizin şagirdi Ömər Manaflı (şəhər 1 nömrəli tam orta məktəb) 8 yaşadək oğlanlar arasında birinci yerə, Gülşən Allahverdiyeva (şəhər 5 nömrəli tam orta məktəb) 12 yaşadək qızlar arasında ikinci yerə çıxaraq respublikanın final yarışına vəsiqə qazanıblar.

Mehri Yəhyayeva (şəhər 2 nömrəli tam orta məktəb) 10 yaşlı qızlar arasında üçüncü yerlə kifayətlənməli olub. Qalib idmançılarımız “Təhsil” Respublika İdman Mərkəzinin diplomları ilə təltif olunublar.

İdmançılarımıza final yarışında uğurlar arzulayırıq.

Tural Haşımov

 

Şərh Yaz