Ərzaq təhlükəsizliyinin təminatında xidmət

İsmayıllı Rayon Baytarlıq İdarəsində cari ilin 9 ayı ərzində görülən işlərə dair hesabat yığıncağı keçirilib.

Yığıncağı açan idarə rəisi Barat Şahalıyev kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlığa dövlət diqqətindən danışıb. Ərzaq təhlükəsizliyinin təminatında heyvandarların əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Əhali tərəfindən bəslənilən heyvanların baş sayının artırılması və sağlamlığının nəzarətdə saxlanmasının vacibliyini bir daha diqqətə çatdırıb. B.Şahalıyev bu məqsədlə proflaktik tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasının əhəmiyyətindən danışıb.

Yığıncaqda həmçinin qarşıda duran vəzifələr müzakirə olunub. Baytar işçilərə müvafiq tapşırıqlar verilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz