Dövlət Bayrağı gününə həsr olunmuş mini-futbol yarışı

İsmayıllı Olimpiya İdman Kompleksində  İsmayıllı Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rayon Təhsil Şöbəsinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin iştirakı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş mini futbol yarışı keçirilib.

Tribunalardakı tamaşaçı sıxlığı yarışın maraqlı keçəcəyini göstəricisin olub.

Tədbiri giriş sözü ilə RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb. Dövlət Himni oxunub.

İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov dövlətin gənclərə, eləcə də onların sağlamlığı və asudə vaxtlarının təşkilinə göstərdiyi diqqətdən, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin idman sahəsindəki sürətli inkişafından, Dövlət bayrağının keçdiyi tarixi yoldan, ölkə rəhbərinin qələbə əzminə əsaslanan xarici siyasətindən danışıb.
Respublika rayonları arasında “Vətənin müdafiəsinə hazıram” hərbi idman oyununda birinci yeri tutmuş İstisu kənd tam orta məktəbinin komandasına  yarışmanın Kuboku təqdim olunub. Oyunlara başlamazdan əvvəl  Mədəniyyət Mərkəzinin və Kollecin hazırladığı bədii proqram nümayiş etdirilib.
Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov komandaları arenaya təqdim edib və yarışın başlandığını bildirib.

İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin komandası yarışmanın birinci si olub. İsmayıllı Olimpiya-İdman Kompleksinin komandası ikinci, İsmayıllı Qaz İstismar Sahəsinin komandası isə üçüncü yeri tutub.

Rauf Rəcəbov

 

Şərh Yaz