Yaddas kitabcasi

Çıxarılan şum keyfiyyətli olmalıdır

Kənd təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər ki, yüksək məhsuldarlıq əldə etməyin vacib şərtlərindən biri də şumun vaxtında və aqrotexniki qaydalara uyğun çıxarılmasından asılıdır. Hazırda şum çıxarılması mövsümüdür və bu işə nəzarət üçün Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri şum çıxarılan sahələrə gedərək, çıxarılan şumun keyfiyyətinə nəzarət edir, fərdi fermerlərə aqrotexniki qaydalara uyğun məsləhətlər verir, işlədilən texnikaların istifadəyə yararlılığı ilə maraqlanırlar. Mərkəzin təcrübəli mütəxəssisləri şumun çıxarılması üçün kotanın nizamlanması qaydalarına nəzarət edir, mexanizatorlara lazımi tövsiyələr verirlər.

İsmayıllı xəbərləri”

Şərh Yaz