Qurban bayramında da aztəminatlılara diqqət göstərildi

Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi  əlillərinə və aztəminatlı ailələrə qurban əti paylanılıb.

Bayram payı alan sakinlər bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayıb, ölkə rəhbərliyinə xoş arzularını ifadə ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz