Şəhid ailələri unudulmur

İsmayıllı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Qurban bayramı günlərində şəhid ailələri ilə görüşüblər.

Müsəlman dünyasının ən gözəl mərasimlərindən olan Qurban bayramı rayonun əksər təşkilatlarında, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı bölməsində layiqincə qeyd olunub. Bölmənin əməkdaşları şəhid ailələrini ziyarət ediblər.

Bölmənin rəisi polkovnik-leytenant Xamis Bədəlov bildirib ki,  torpaqlarımızın azadlığı və bütövlüyü naminə canıdan keçmiş şəhidlərimizdən əmanət qalan ailə üzvlərini ziyarət etmək, onlara qayğı göstərmək hər bir vətəndaşın, xüsusilə də əməkdaşlarımızın mənəvi borcudur. Digər bayramlarda olduğu kimi, bu bayramda da şəhid ailələrini ziyarət etməyi, onların dərdinə və sevincinə şərik olmağı özümüzə borc bildik. Şəhidlər, onların davamçıları heç vaxt unudulmayacaq.

Rafiq Həsənov

Şərh Yaz