Minnətdarlıq məktubu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım  Mehriban Əliyevaya minnətdarlıq məktubu

 

Hörmətli Mehriban xanım!

6 yaşlı qızımın eşitmə problemi vardı. Humanistliyinizə güvənib Sizdən kömək umduq. Xahişimiz dərhal nəzərə alındı. Aparılan əməliyyat və müalicələr uğurlu oldu.

Göstərdiyiniz diqqət və qayğıya görə ailəmizin bütün üzvləri adından Sizə hədsiz analıq məhəbbəti ilə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi, ailənizi və əzizlərinizi qorusun!

Dərin hörmətlə:

Sonaxanım Nurməmmədova,

İsmayıllı rayonunun Ağbulaq kənd sakini

Şərh Yaz