Yaddas kitabcasi

Rifah halının yaxşılaşdırılmasına təkan

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 21-də İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı, Qəbələ, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir İnam Kərimov və rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Nazir daha sonra vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə  vətəndaşların müraciətlərinə baxılıb.

Müraciətlər əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Vətəndaş müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaşlarla görüşdə dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına təkan verəcəyini vurğulayan nazir bir qrup mexanizatora yeni sürücülük vəsiqələrini təqdim edib.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda nazir aqrar inkişaf  könüllüləri ilə xatirə şəkli çəkdirib.

Ş.Soltanov

Şərh Yaz