Yaddas kitabcasi

Azərbaycan güclü dövlətdir…

1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda onun milli ordusu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla ilk hərbi hissənin yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.

2016-cı ilin aprel hadisələri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağı altında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, Aprel döyüşləri tarixdə Azərbaycanın böyük hərbi qələbəsi kimi qalacaqdır. Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!

İyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılasının 101-ci ildönümü İsmayıllıda da qeyd olunub. Bayram tədbirində RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanları və müəssisə rəhbərləri, rayonda yaşayan, ehtiyata buraxılmış zabitlər, orta məktəblərin hərbi müəllimləri iştirak edib.

Əlamətdar günə həsr edilmiş tədbir RİH-də başçı Mirdaməd Sadıqovun iştirakı ilə keçib. O, tədbiri açaraq, Silahlı Qüvvələrin yaranma və inkişaf tarixi barədə şərh verib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi, podpolkovnik Xamis Bədəlov hərbi sahədə çalışanlara – əsgər və zabitlərə xoş arzularını çatdırıb, onlara göstərilən diqqət və qayğı üçün dövlət rəhbərinə minnətdarlıq ifadə edib.

İsmayıllı Rayon Müharibə Veteranları Şurasının sədri, ehtiyatda olan polkovnik Əlaləm Babayev Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən danışıb. Ordumuzun dünyadakı 50 güclü ordu sırasında olmasını fəxrlə qeyd edib.

Rayon məhkəməsinin sədri Rəfayel Şirinov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxışlarında  ölkəmizin hərbi sahədə nailiyyətlərindən danışaraq, tezliklə Milli Qələbəmizi bayram edəcəyimizə ümidvar olduqlarını söyləyiblər.

Ehtiyatda olan zabitlərdən Əlişir  Süleymanov, İlham Səmədov, Hümbət Bəndiyev  Milli Ordumuzun qüdrətindən, əsgərlərimizin döyüş ruhundan danışaraq, Ali Baş Komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğalda olan torpaqlarımızın tezliklə azad olunacağına inandıqlarını bildiriblər.

Tədbirin gedişində  göstərdikləri xidmətlər müqabilində ehtiyatda olan zabitlərdən bir qrupuna döş nişanları, Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Rayonun Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Azərbaycan Respublikası Silahlı Qüvvələri yaradılmasının ildönümünə həsr olunmuş  atıcılıq yarışında  ilk üç yeri tutanlara təşkilatın Fəxri fərman və hədiyyələrini verib.

 “İsmayıllı xəbərləri”

 

Şərh Yaz