Yaddas kitabcasi

Zeyvəlilər bu günü gözləyirdilər

Bir neçə il əvvəl rayonun Basqal qəsəbəsinə mavi yanacaq, təbii qaz veriləndə Zeyvə kəndinin sakinləri belə bir fərəhli günü öz qapılarında da görəcəklərinə ümidvar oldular.

Sevindirici haldır ki, rayonun digər yaşayış məntəqələri kimi, Xankəndi inzibati ərazi dairəsinə daxil olan Zeyvə kəndi də inkişaf etməkdə, müasirləşməkdədir.

İnkişafın bariz nümunəsidir ki, kəndə qaz xətti çəkilir. Sakinlərin etiraf etdiyi kimi, lap bu yaxınlarda meşələrimizlə bərabər özümüz də dinclik tapacağıq.

Sözü gedən kəndin suyu, işığı qənaətbəxş səviyyədədir.  Kənddə tikilən müasir evlər burada yaşayanların torpağa, yurda bağlılığından söz açır.

May ayının sonunda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru Mirdaməd Sadıqov Zeyvə kəndinin sakinləri ilə görüşüb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Basqal Tarix-Mədəniyyət Qoruğu ilə bağlı imzaladığı Sərəncamın ərazidəki ətraf kəndərin inkişafına yüksək töhfələr verəcəyindən danışıb.

Başçı bildirib ki, Basqalın inkişafı həm də qəsəbə ilə gündəlik əlaqədə olan 10 kəndin yeni görkəm və infrastruktura malik olacağına tam təminat verir. Turizmin inkişafı ərazidə yolların çəkilişinə, çayların üzərində körpülərin qurulacağına səbəb olacaq. Hər kəs bacarığına uyğun işlə məşğulluğa imkan tapacaq.

M.Sadıqov əksər görüşlərində olduğu kimi, burada da kənd sakinlərini torpağa bağlılığa dəvət edib. Bildirib ki, torpaqdan səmərəli istifadə üçün ən münasib təsərrüfat yolu kooperasiyaların yaradılmasıdır.

RİH başçısın diqqətlə dinləyən sakinlər kənddə məktəb binasının tikintisinə, tibbi xidmətin yaxşılaşdırılmasına, yararsız vəziyyətə düşmüş elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsinə, kəndin baş küçəsinin abadlaşdırılıb işıqlanma ilə təchiz olunmasına ehtiyac olduğunu bildiriblər.
RİH başçısı M.Sadıqov təklif və xahişlərin icrası ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə və şəxslərə tapşırıqlar verib.

Şahməmməd Soltanov

Şərh Yaz