Yaddas kitabcasi

RİH başçısı yanında Şuranın iclası keçirilib

May ayının 31-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

Şura iclasında RİH-nin başçısı Mirdaməd Sadıqov, RİH başçısı aparatının aid şöbələri və rayonun aidiyyəti idarə, müəssisə rəhbərləri iştirak edib.
İclasda ilk məsələ kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq görülmüş işlər və onların daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Xidmət təşkilatlarının gördüyü işlər, buraxılış obyektlərində işlərin gedişi və qarşıda duran vəzifələr barədə ətraflı danışılıb.

Rayonda aparılan tikinti işlərinin qanunvericiliyə uyğun olması vəziyyəti və görüləcək işlərə aydınlıq gətirilib.

2019-cu ilin yanvar-aprel aylarında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ərazilərdə keçirilən səyyar qəbullarda vətəndaş müraciətlərin icra vəziyyəti və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.
İclasın gündəliyinə çıxarılan məsələlərlə bağlı çıxışlar dinlənilib. Mövzuların müzakirə və təhlilindən sonra  müvafiq qərarlar qəbul edilib.

Ş.Soltanov

Şərh Yaz