Yaddas kitabcasi

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə akademik, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirib.
Heydər Əliyev Mərkəzində təşkil olunan xatirə mərasimini açan YAP rayon təşkilatının sədri Sevil Əhmədova deyib ki, Görkəmli alim, yüksək insani keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyevanın əvəzsiz xidmətlərini xüsusi qeyd etmək lazımdır.
Oftalmologiya elminin Respublikamızda inkişafı və dünya  miqyasında tanınması akademik Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Zərifə xanım bütün həyatını, fəaliyyətini tibb elminin inkişafına həsr etmiş, Azərbaycan oftalmologiyasının əsil fədaisi olmuşdur.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məruzə edib.
Uşaq poliklinikasının baş həkimi Vidadi Rəhimov, şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Ruhiyyə Mahmudova çıxışlarında görkəmli alim, tanınmış oftalmoloq, qayğıkeş ana, fədakar həyat yoldaşı kimi Zərifə xanımı xarakterizə ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov akademik,tanınmış oftalmoloq Zərifə xanım Əliyevanı ictimai xadim, xanımlıq nümunəsi, Azərbaycan analarının ümumiləşmiş obrazı kimi xarakterizə edib. Diqqətə çatdırıb ki, Zərifə Əliyevadan əxz olunmuş keyfiyyətləri, xalqa xidməti, insanlara köməyi, onlara həyan olmağı biz illərdir ki, cənab Prezident İlham Əliyevin və Birinci xanım, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində aydınlığı ilə görürük. Akademik Zərifə Əliyeva bu gün də qəlbimizdə, düşüncələrimizdə əsil ana abidəsi, mənəviyyat zirvəsi kimi yaşayır.
Sonda Heydər Əliyev Mərkəzinin foyesində Zərifə xanım Əliyevaya həsr olunmuş sərgiyə baxılıb, şeirlər və mahnılar dinlənilib.

Şərh Yaz