“Heydər Əliyev İdarəetmə Məktəbi” – İstisu kəndi

İstisu kəndində də məşğələ uğurla keçib. İştirakçılar Ümummilli liderin Azərbaycan xalqının xilaskarı olduğunu, dövlət və dövlətçiliyimizi qoruyub saxladığını diqqətə çatdırıblar.
Məktəb direktoru Zamin Allahverdiyev, Qalacıq kənd tam orta məktəbinin tarix müəllimi Bədir Bədirov, Sumağallı kənd tam orta məktəbinin tarix müəllimi Rza Salahov, İstisu kənd tam orta məktəbinin tarix müəllimi Cavanşir Xəlilov və Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov  mövzu ətrafında çıxış ediblər.
RİH-nin nümayəndəsi Nəsimi Teymurov Ümummilli liderin xilaskarlıq missiyası haqqında danışıb. Azərbaycançılıq ideologiyasının inkişaf etdirdiyini diqqətə çatdırıb. Tədbirin sonunda  Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.

Şərh Yaz