İməciliklər Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunub

27 aprel 2019-cu il tarixində Azərbaycanın tanınmış oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş ümumrayon iməciliyi təşkil edilmişdir. İməcilikdə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, nümayəndəliklərin ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivləri, o cümlədən kənd yaşayış məntəqələrində kənd ictimaiyyətinin nümayəndələri, kommunal işçilər iştrak etmişlər.

İməcilikdə yaşayış məntəqələrinin daxilində təmizlik işləri görülmüş, ağac gövdələrinin ağardılması, ağac əkilməsi, zibilliklərin ləğv edilməsi, ərazisindən magistral yol keçən yaşayış məntəqələrində magistral yol kənarlarının təmizlənməsi və digər abadlıq işləri görülmüşdür. İsmayıllı şəhər, Lahıc qəsəbə, Qubaxəlilli, Qalagah, Tircan, Gəraybəyli, İvanovka, Qalacıq, Qalınçaq, Aşıqbayramlı və Talıstan kəndlərində iməciliklər daha geniş şəkildə təşkil edilmişdir. İməcilikdə yüzlərlə sakin fəal iştirak etmişdir.

Valeh Salehov,

Şahməmməd Soltanov

 

Şərh Yaz