Heyvandarlığın inkişafı müzakirə olunub       

23 aprel 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin heyvandarlıq və balıq məhsulları istehsalı texnologiyası kafedrasının dosenti, fakültənin dekan müavini U.Turabov, baytarlıq təbabəti və zoomühəndislik fakültəsi terapiya, mamalıq və cərrahiyə kafedrasının baş müəllimi R.Abbasov, epistologiya, mikrobiologiya və parazitologiya kafedrasının assisenti R.Məmmədovun iştirakı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində aqrar ixtisaslar üzrə təhsil alan tələbələr üçün seminar-məşğələ keçiriblər.

Seminarın əsas mövzusu Azərbaycanda hal-hazırda heyvandarlığın durumu və inkişafı yolları, iribuynuzlu kənd təsərrüfatı heyvanlarında doğumdan sonra baş verən xəstəliklər və onlara qarşı aparılan müalicə profilaktika tədbirləri, mal-qara arasında yayılan yoluxucu xəstəliklər olub. Seminarın sonunda aqrar texnologiyalar üzrə fənn birləşmələri komissiyasının sədri F.Məmmədov kollec rəhbərliyi adından qonaqlara təşəkkürünü bildirib.

Xəyal Məmmədəliyev,

kollecin tələbəsi

Şərh Yaz