İnsanların hörmətini qazanmaq üçün

   İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tibb bacısı ixtisası üzrə 2817, 2818, müalicə işi ixtisası üzrə 2816 qruplarının tələbələri 12 May – Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçiriblər.

Tədbirdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının cərrahı Ə.Əzizov, terapevt həkim Ş.Şirəliyev və peşəkar, təcrübəli tibb bacıları da iştirak ediblər.

Tədbirin sonunda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, dosent K.Süleymanlı çıxış edərək tələbələri bu gün münasibəti ilə təbrik edib, onlara gələcəkdə şəfqətli, yardımsevər, mərhəmətli və insanların hörmətini qazana bilən gözəl mütəxəssis olmağı arzulayıb.

Aytən İmanova,

kollecin tələbəsi

Şərh Yaz