Yüksək ixtisaslı kadr olmaq üçün

24-30 aprel 2019-cu il tarixlərində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ixtisaslararası bilik yarışması keçirilib.

Turizm və onun təşkili ilə turizm-mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisasları üzrə qruplararası bilik yarışması turizm və idman fənn birləşmə komissiyasının sədri İ.Məmmədlinin təşəbbüs və təşkilatçılığı ilə keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbir daha sonra ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş video-çarxın nümayişi ilə davam etdirilib.
Kollecin direktoru K.Süleymanlı bilik yarışmasının əhəmiyyətindən danışaraq bildirib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd təhsilin keyfiyyətini artırmaq, potensialı, savadı olan tələbələri sağlam rəqabət nəticəsində üzə çıxarmaq və inkişafına təkan verməkdir. O, tələbələrə yaxşı oxumalarını tövsiyə edib. Gələcəyin layiqli vətəndaşı kimi yetişmək, ölkənin rifahı, inkişafı naminə yüksək ixtisaslı kadr olmaq üçün bu gün daha çox çalışmalı olduqlarını bildirib.
Tədbirin sonunda I-II yerləri tutan komandalara Fəxri fərman və hədiyyələr təqdim olunub.

Könül Eyvazova,

kollecin tələbəsi

Şərh Yaz