Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

Növbəti belə qəbulu Səhiyyə naziri Oqtay Şirəliyev mayın 16-da İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında keçirib.

Qəbul zamanı nazir Oqtay Şirəliyev İsmayıllı, Göyçay, Qəbələ, Şamaxı, Qobustandan olan vətəndaşların sağlamlıq problemləri, işlə təminatı və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Şərh Yaz