Saza, sözə hörmət

Aprel aylnda  “Bəyoğlu” şadlıq sarayında “Sarı aşıq” ədəbi məclisinin növbəti yığıncağı olub. Yığıncaqda dünyasını dəyişmiş ustad aşıqlar, o cümlədən Aşıq Yanvar Bədəlov da yad olunub. Aşıq həmyerlimizin yaradıcılığı yad olunmaqla, şeirlərinə müraciət edilib. Çox sevdiyi, hər zaman müraciət etdiyi saz havası üstündə ifalar yer alıb.

Ustad aşığın şagirdi Aşıq Elman onun haqqında maraqlı xatirələr söyləyib. Aşıq İsa və ünlü ustad sənətkar Aşıq Şakirin nəvəsi Aşıq Babək Şakirlinin məlahətli ifaları qəlb oxşayıb. Məclis iştirakçıları olan şairlərin şeirləri saz havalarının müşayiəti ilə öz ifalarında zövqləri oxşayıb. Adil Cəfakeş,  Telli Borçalı,  Əzizə Ağahüseynqızı və Aşıq Elman Mehdiyevin bənzərsiz ifaları məclisin bu toplantısını yaddaqalan edib.

“İsmayıllı xəbərləri”

Şərh Yaz