Mövzu sağlam həyat tərzi olub

İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Təhsil Şöbəsinin və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sağlam həyat tərzi, mənəviyyatımızın əsasıdır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
İlk olaraq Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elmi Məmmədli tədbiri açıq elan edərək, məktəbliləri salamlayıb. Tədbirin mövzusu haqqında ətraflı danışaraq, gənclərə uğurlar arzulayıb.

Sonra tədbir iştirakçılarına “Sağlam həyat tərzi” mövzusunda qısametrajlı film göstərilib.

Tədbirdə həmçinin Rayon Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova da öz çıxışında məktəblilərə sağlam həyat tərzinin bir neçə amillə şərtləndirildiyini diqqətə çəkərək, günə erkən başlamaq, normal səhər yeməyi, aktiv həyat tərzi, hər gün bol su içmək, idmanla məşğul olmaq, “fast-food” qidalardan istifadə etməmək, alkoqol, siqaret və narkotik maddələrdən uzaq durmaq, ifrat dərəcədə sosial şəbəkələrə bağlı olmaq kimi məsələlərə aydınlıq gətirib.
Tədbirdə verilən bir saat vaxt ərzində gənclər öz fikir və duyğularını qələmə alıblar. İsmayıllı şəhər  məktəblərinin hər birindən, Cülyan, Talıstan, Diyallı kənd tam orta məktəblərindən gələn 30 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri yoxlama komissiyasının yekun qərarından sonra bəlli olacaq.

R.Mirzəliyeva

 

Şərh Yaz