Əlifba bayramı

May ayının 7-də Talış kənd ümumi orta məktəbində bir çal-çağır vardı. Məktəbdə bayram əhval-ruhiyəsi duyulmaqda idi. Məktəbin sonbeşikləri sayılan birincilərin “Əlifba” bayramı keçirilirdi.

Dünən hələ düz-əməlli qələm tutmağı bacarmayan bu fidan balalar indi sərbəst yazıb-oxumağı bacarırlar.

Tədbirdə Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Mayıl Səftərov iştirak edirdi.

Hamının yaddaşında  əbədi həkk olan, heç zaman unudulmayan, böyük ehtiramla yad edilən bir insan var. Bu, hər kəsin ibtidai sinif müəllimidir. Bugünkü birincilərin ilk müəllimi Hicran İbrahimovadır. Bu, o Hicran müəllimdir ki, məktəbin bütün işlərində böyük əməyi var.

H.İbrahimova  dəfələrlə belə gözəl tədbirlər keçirib. Bugünkü tədbirə də şagirdləri  yüksək səviyyədə hazırlaşıblar. Bu tədbir birincilərin yaddaşında ən əziz gün kimi qalacaqdır.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə açıldı. Sinif müəlliminin gərgin əməyinin, pedaqoji bacarığının nəticəsidir ki, birincilər tədbiri özləri idarə edirdilər.

Məktəbin direktoru Seymur Abbasov birinci sinfin məzunlarına vacib tövsiyyə və tapşırıqlarını verdi, şənlik iştirakçı olan müəllim və şagirdləri, valideynləri təbrik etdi. Şagirdlərin səsləndirdiyi gözəl şeirləri, ifa etdikləri rəqs və mahnılar hamını heyran qoydu.

Birincilərin sevincinin həddi-hüdudu yox idi. Elm, təhsil yollarında balalarının atdıqları addımları, qazandıqları uğurları görmək  valideyinlər üçün ən qiymətli dəqiqələr oldu. Valideyinlər adından Almaz Abbasova birinciləri təbrik etdi, müəllimlərə təşəkkür bildirdi.

Tədbirin sonunda təhsil şöbəsinin nümayəndəsi M.Səftərov çıxış etdi. Məktəb kollektivinə xoş arzularını çatdırdı. Birincilərin adına yazılmış Təbriknamələri təqdim etməyi  elə Hicran müəllimin özünə həvalə etdi.

Tədbir xatirə şəkilləri çəkilməklə başa çatdı.

Şirinlik gətirdi sözlərimizə,

nəştək nur verdi gözlərimizə.

Baxdı, nur çilədi üzlərimizə,

İlk hərfi öyrədən, ilk müəllimim.

nel Bağırova,

məktəbin müəllimi

Şərh Yaz