Hüquqşünasın tribunası:

Sual:  Mənzilin özəlləşdirilməsi üçün hara və hansı sənədlərlə müraciət etməliyəm?

Cavab:  Mənzilin özəlləşdirilməsi üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir.

– mənzil sahəsinin orderi;

– mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi (notariat qaydada təsdiq olunur);

– mənzilə hüququ olan şəxslər və mənzilin kommunal – məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı.

Sualı cavablandırdı:

Nəriman Əsədov,

İsmayıllı rayon prokurorunun böyük məisi, II dərəcəli hüquqşünas

 

Şərh Yaz