Yaddas kitabcasi

Qalacıq kəndinə yeni çəkilmiş qaz xəttinin açılışı olub

????????????????????????????????????

Dövlət Proqramına uyğun olaraq İsmayıllının kəndlərinə qaz xətləri çəkilir, bununla da əhalinin məişətinə rahatlıq gətirilir, ekoloji tarazlıq təmin edilir, meşələr qorunur. Bu günlərdə ərazidə olan Sumağallı, İstisu və Çayqovuşan kəndlərindən sonra Qalacıq kəndinə də qaz verilib. Bu münasibətlə qədim yaşayış məskənində təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov deyib ki, cənab Prezident İlham Əliyevin çoxistiqamətli qayğısı sayəsində İsmayıllının hər bir qəsəbəsi, kəndi abadlaşır, yeniləşir, problemləri uğurla həllini tapır. Qalacıq kəndinə qaz verilməsi sakinlərin Novruzdan sonra yaşadığı əsil bayram təntənəsidir. Bütün bunlara görə ölkə rəhbərinə minnətdarlığımızı bildirir və əziz sakinlər, sizi təbrik edirəm.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov sakinləri təbrik edib, bildirib ki, 655 yaşayış evinə qaz xətləri çəkilib, hamısına da sayğaclar qoyulub, 58 min metrə qədər müxtəlif diametrli boru işlənib.
Kənd sakinləri Nuralı Cavadov, Həmidə Rəhimova və başqaları sevinclə çıxış edərək, minnətdarlıqlarını bildirblər.
Yekunda rəmzi açılış məşəli alovlandırılıb.

????????????????????????????????????

Şərh Yaz