Yaddas kitabcasi

Əhalinin tibbi müayinəsi davam edir

Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin tapşırığına uyğun olaraq altıncı ildir ki, əhalinin tibbi müayinəsi həyata keçirilir. Rayonda bu aksiya mütəşəkkil qaydada təşkil olunub. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 62 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulub. Tibbi müayinələrin keçirilməsi üçün rayon mərkəzi xəstəxanası, rayon uşaq poliklinikası, mərkəzi poliklinika, eləcə də həkim və  tibb məntəqələrində hər cür şərait yaradılıb. Fevral ayının 11-dən aprel ayının 2-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 26006 vətəndaş tibbi müayinə olunub. Nəticələrə uyğun olaraq 42 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilib, 664 nəfər ambulator müalicəyə, 134 nəfər isə stasionar müalicəyə cəlb olunub. Xəstəliyi daha ağır olan 21 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır. Müayinədən keçən İsmayıllı sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə  Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 

Şərh Yaz