Yaddas kitabcasi

Milli Qəhrəman anılıb

Qalacıq kənd tam orta məktəbində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra məktəblilərin ifasında vətənpərvərlik ruhunda mahnılar, şeirlər, səhnəciklər təqdim olunub.

Məktəbin direktoru Rusan Qasımov və digər çıxış edənlər Mübariz İbrahimovun keçdiyi şanlı həyat yolundan, qəhrəmanlığından danışıblar. Onlar Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını, daim əziz tutulacağını söyləyiblər.

Sonda tədbir iştirakçıları Mübariz İbrahimova həsr olunmuş filmi izləyiblər.

Sədəf Mikayılova,

İsmayıllı RTŞ-nin metodisti

Şərh Yaz