Yaddas kitabcasi

Regionun seçmələri müəyyən edilib

 

VII Muğam televiziya müsabiqəsinin seçim turuna start verilib. Münsiflər Bərdə, Gəncə, Şəki şəhərlərində bölgələr üzrə iştirakçıların sınaq-seçimini keçirərək,  növbəti tura namizədləri müəyyənləşdiriblər.

1 fevral 2019-cu il tarixində, müsabiqə öncəsi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov münsiflər heyətini tam tərkibdə qəbul edib. Bu kimi tədbirlərin keçirilmə əhəmiyyəti tərəflər arasındakı söhbətin mövzusu olub.

Seçim turu İsmayıllı Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilib.

Burada İsmayıllı, Ağsu, Şamaxı, Ucar, Qobustan, Qəbələ rayonlarından yeniyetmə və gənclər dinlənilib.

Seçimdə münsiflər  heyətində xalq artistləri Mənsur İbrahimov, Mələkxanım Əyyubova, Səkinə İsmayılova, əməkdar incəsənət xadimi, Ü.Hacıbəyov ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov, müsabiqənin icraçı direktoru, televiziyanın “Mədəniyyət” kanalının direktor müavini, professor İlham Rəhimli iştirak ediblər.

Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilib.

Aysu Nəcəfli

Şərh Yaz