Yaddas kitabcasi

Əhaliyə səyyar tibbi xidmət göstərilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 31 yanvar 2019-cu il tarixdə Kürdmaşı kəndi sakinlərinin qəbul edərkən Rafiq Bayramov bildirmişdir ki, pediatrdan savayı heç bir ixtisaslı həkim yoxdur. Kürdmaşıya, ətraf kəndlərə də xidmət etməli olan həkim  məntəqəsi  bu səbəblərə və eyni zamanda, nəqliyyat vasitəsi olmadığına görə funksiyasını yerinə yetirməkdə çətinlik çəkir.

Mirdaməd Sadıqov vəziyyəti yaxşılaşdırmaq üçün əsaslı tədbirlər görülənədək həkim briqadasını kəndə göndərməyi və əhalinin tibbi müayinədən keçirilməsi üçün müvafiq tədbirlərin görülməsini  Rayon Mərkəzi Xəstəxananın baş həkiminə tapşırdı.
Tapşırığa əsasən 5 fevral 2019-cu il tarixdə Rayon Mərkəzi Xəstəxanasının  sahalər üzrə həkim briqdası Kürdmaşı kənd həkim məntəqəsində tibbi yardıma  ehtiyacı olan sakinləri qəbul edib. Müraciət edənlər tibbi müayinədən keçiriliblər. Aksiyanın keçirilməsinə görə sakinlər səhiyyə tədbirini həssaslıqla həyata keçirənlərə, tapşırıq verənlərə və  onu icra edənlərə dərin təşəkkürlərini bildiriblər.

“İsmayıllı xəbərləri”

Şərh Yaz