Hesabat yığıncaqları qənaətbəxş sayılıb

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən inzibatı ərazi dairələri üzrə nümayəndəliklərdə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən olunan vəzifələrin icrası ilə əlaqədar “2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”lə bağlı hesabat yığıncaqları keçirilib. Yığıncaqlara  yanvar ayının 8-dən start verilib.

Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, RİH başçısının yanında Şuranın üzvləri və aparatının məsul işçiləri nümayəndə kimi iştirak ediblər.

Yığıncaqlarda nümayəndəliklərdə 2018-ci ildə görülmüş işlər dinlənilib və 2019-cu ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib. Hesabat yığıncaqlarında icra nümayəndəliklərinin illik fəaliyyəti vətəndaşlar tərəfindən qiymətləndirilib.

Yanvar ayının 9-da rayonun Hacıhətəmli kəndində keçirilən hesabat yığıncağı RİH başçısı Mirdaməd Sadıqovun iştirakı ilə keçib. Hesabat dinlənildikdən sonra başçı qarşıda duran vəzifələrin icrası ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Vətəndaşların yığıncaqlarda qaldırdıqları vacib məsələlər, mövcud sosial-iqtisadi problemlər öyrənilib və həlli yolları araşdırılıb.

Hesabat yığıncaqlarında əhalinin iştirakı kifayət qədər qənaətbəxş olub.

Ehtiram Manafov

Şərh Yaz