Gün ötür, xatirələr qalır

Kitabxana el yolu kimidir. Buradan az-çox hamı  keçir.  Kimi çox sevdiyi bir yazarın yeni çapdan çıxmış kitabını soraqlayır, kimisi dərs kitabları, kimisi sənətinə, işinə aid ədəbiyyatla maraqlanır.

Vətəndaşlara, yetişən nəslə mütaliə vərdişinin aşılanması üçün müəllimlərlə bərabər kitabxana işçiləri də fəal çalışırlar. Bu çalışmalar bəzən o qədər maraqlı olur ki, insan sevimli peşəsinə verdiyi illərin sayını belə unudur.

Bir neçə gün əvvəl İsmayıllı rayon MKS-də iş yoldaşları tərəfindən metodist Səməngül Abdullayevanın 60 illik yubileyi qeyd edilib.

MKS-nin direktoru Könül Baxışova işgüzar metodistin işindən razılıq edib. Ona kollektiv adından  xoş və sağlam ömür arzulayıb.

S.Abdullayeva işlədiyi illər ərzində səmərəli fəaliyyətinə görə Fəxri fərman və hədiyyələrlə təltif edilib.  Yubilyar günlərin ötdüyünü, lakin xatirələrin yadda qaldığını bildirib. Çalışdığı kollektiv tərəfindən zəhmətinə verilən dəyərə və göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Turanə Əzizova

 

Şərh Yaz