Sağlamlıq başlıca şərtdir

20 yanvar 2019-cu il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi İsmayıllı Olimpiya-İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında VKC karate idman növü üzrə rayon birinciliyi keçirib.
Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov iştirakçıları salamlayıb, 20 Yanvar hadisələri və şəhidləri haqqinda iştirakçılara məlumat verib. Yarışın iştirakçılarına uğurlar arzulayıb.

Yarışın iştirakçılarına uğur arzulayan İsmayıllı rayon VKC karate idman növü üzrə məşqçi müəllim Anar Həsənov, İsmayıllı Rayon Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətov iştirakçılarda sağlam bədən və sağlam ruhun olması vacibliyindən söz açıblar. Bildiriblər ki, vətənpərvər kimi yetişmək üçün sağlamlıq, fiziki hazırlıq başlıca şərtlərdəndir.
Ayrı-ayrı çəki dərəcələrində I-III yerlərin qalibləri rayon Gİİ-nin Diplom və medalları ilə təltif olunublar.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz