Mütəmadi qulluq, daimi sevgi

16 yanvar 2019-cu il tarixdə Gəndov kənd ümumi orta məktəbində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.

Əvvəlcə tarixi gün haqqında məktəblilərə geniş məlumat verilib. Sonra müstəqilliyimiz uğrunda  canlarını fəda etmiş şəhidlərin xatirəsini əziz tutmaq və hər zaman gündəmdə saxlamaq məqsədi ilə məktəb kollektivi “Hər əkilən ağac bir həyatdır” devizi altında ağacəkmə aksiyası keçirib.

Müəllim və şagird kollektivinin fəal iştirakı ilə keçən aksiyada məktəbin həyətyanı sahəsinə xeyli ağac əkilib. Əkilən ağaclara mütəmadi qulluq məktəb şagirdlərində şəhidlərimizə daimi sevgi aşılayacaqdır.

İlham Səmədov,

məktəbin müəllimi

Şərh Yaz