Regionlar arasında birinci

8-11 yanvar 2019-cu il tarixlərində respublikanın paytaxtı Bakı şəhərində, “Sərhədçi” İdman-Olimpiya Mərkəzində cüdo üzrə yeniyetmə idmançılar arasında Azərbaycan birinciliyi keçirilib. Birincilik uğrunda 650 idmançı mübarizə aparıb.

Bu yarışda İsmayıllı təmsilçisi Rəsul Ağamalıyev 73 kiloqram çəki dərəcəsində 7 görüşdən 6-da qələbə qazanaraq III yerin sahibi olub.

İdmançımız bu uğurundan çox razı qalmasa da, göstərdiyi nəticə ölkə regionları arasında ən yüksəkdə olanıdır. Belə ki, yarışda birinci və ikinci yerləri  paytaxt idmançıları tutublar.

Bu qələbənin qazanılmasında idmançımızın şəxsi çalışmaları ilə bərabər, məşqçi-müəllimləri Əkbər Şəfaqətovun və Nurlan Salmanzadənin də zəhməti danılmazdır.

R.Ağamalıyev göstərdiyi nəticəyə görə ölkənin yığma komandasına dəvət alıb. İnanırıq ki,  həmyerlimiz gələcək uğurları ilə də idmansevərləri sevindirəcəkdir.

“İsmayıllı xəbərləri”

Şərh Yaz