Hacıhətəmlidə idmana diqqət var

Dekabr ayının 1-2-də VKC karate-do üzrə açıq Azərbaycan birinciliyi keçirilib. İsmayıllının komandası da bu yarışlarda iştirak edib. Komanda hesabına görə birinci yeri Bakı, ikinci yeri İsmayıllı komandası tutub.

Bu yarışa Hacıhətəmli kəndindən olan idmançılar yenicə qatılıblar. Balaca idmançılarımız Hüseyn Hüseynov birinci, İsmayıl Əliyev ikinci, Emil Yadigarlı isə üçüncü yeri tutub.

İdmançıları yetişdirən məşqçi-müəllim Bayram Qəhrəmanov yetirmələrinin bu qələbəsinə hamıdan çox sevinir. Sevindirici haldır ki, Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Rauf Adıgözəlov balaca idmançılara mənəvi dəstək durur. Kənddə idmanın inkişafına şərait yaradır.  Göstərdiyi dəstəyə, məhsuldar əməyinə görə məktəbin direktoruna minnətdarlıq edirik.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz