Gözəl başlanğıc

Gözəl başlanğıc                                Müəllimlik şərəfli və məsuliyyətli peşədir. Bu sözləri indiyə qədər adi bir deyim hesab edirdim. Bu şərəfi və məsuliyyəti müəllim kimi işə başladığım ilk gündə dərindən anladım.
17 sentyabr – 2018-2019-cu il dərs ilinin ilk günü. Xankəndi kənd tam orta məktəbində cədvəl üzrə ilk dərsim VII sinifdə idi. Sinif otağına yaxınlaşanda həmişəki adətimə uyğun olaraq qapını döyüb içəri daxil olmaq istədim. Qapı arxasında bir anlıq duruxdum… Artıq mən şagird kimi, tələbə kimi yox, sinfə müəllim kimi daxil olmalıyam.Müəllimlik şərəfli və məsuliyyətli peşədir. Bu sözləri indiyə qədər adi bir deyim hesab edirdim. Bu şərəfi və məsuliyyəti müəllim kimi işə başladığım ilk gündə dərindən anladım.
17 sentyabr – 2018-2019-cu il dərs ilinin ilk günü. Xankəndi kənd tam orta məktəbində cədvəl üzrə ilk dərsim VII sinifdə idi. Sinif otağına yaxınlaşanda həmişəki adətimə uyğun olaraq qapını döyüb içəri daxil olmaq istədim. Qapı arxasında bir anlıq duruxdum… Artıq mən şagird kimi, tələbə kimi yox, sinfə müəllim kimi daxil olmalıyam.
Bu hiss məni çox xoşbəxt etdi, qəlbim qürur hissi ilə doldu. Sinifə daxil olduqda şagirdlərin qarşısında bu işin nə qədər məsuliyyətli peşə olduğunu anladım. Mən də şagird olmuşam. Rayonumuzun yüksək təhsil nailiyyətlərinin ilklərinə imza atan İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində oxumuşam. İbtidai sinifdə Sevinc müəllim, yuxarı sinifdə Elçin müəllim, Nailə müəllim, Fatma müəllim, Nazənin müəllim kimi rayonumuzun sayılıb-seçilən müəllimlərindən dərs almışam. Müəllimlərimizin hər dərsi bizə nəinki yüksək təlim verir, həmçinin həyata baxışlarımızı, vətənə məhəbbətimizi cilalayırdı.
Yüksək insani keyfiyyətləri olan, tədris etdiyi fənnini sevdirən müəllimlərimın getdiyi yolla şərəflə addımlamaq qarşıdakı məqsədlərimdən biridir. Məqsədimə çatmaq üçün məsuliyyətlə işimə yanaşmalı, Azərbaycan təhsilində olan yeniliklərdən istifadə etməli və dərslərimi günümüzün tələblərinə uyğun qurmalıyam. İnanıram ki, Azərbaycan təhsilində öz sözünü deyən, uğurlu təhsil ənənələri olan İsmayıllı təhsil işçilərinin sıralarında mənim də bir yerim olacaq. Müəllim kimi işə başladığım ilk ilimdə yanımda olan və mənə dəstək olan bütün şəxslərə təşəkkür edirəm.
Sona Salehli

Şərh Yaz