Müdrikliyin zirvəsində

Müdrikliyin zirvəsindəMətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə – “Qlavlit”də işləyirdim. Bir dəfə telefon zəng çaldı. Dəstəyi qaldırdım.
Danışan gözəl şair-publisist, dostumuz Səyavuş Sarxanlı idi. Salamlaşdıqdan, hal-əhval tutduqdan sonra dedi:
– Qardaş, imkanın varsa bir “Ulduz” jurnalına gəl. Oturub dərdləşək…
– Gələrəm dedim. Fikirləşdim ki, yəqin mənimlə “Qlavlit”lə bağlı nəyi isə məsləhətləşmək istəyir.
Redaksiyada üz-üzə əyləşmişdik. Səyavuş müəllim bir qovluğu mənim qarşıma qoyub dedi.
Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə – “Qlavlit”də işləyirdim. Bir dəfə telefon zəng çaldı. Dəstəyi qaldırdım.
Danışan gözəl şair-publisist, dostumuz Səyavuş Sarxanlı idi. Salamlaşdıqdan, hal-əhval tutduqdan sonra dedi:
– Qardaş, imkanın varsa bir “Ulduz” jurnalına gəl. Oturub dərdləşək…
– Gələrəm dedim. Fikirləşdim ki, yəqin mənimlə “Qlavlit”lə bağlı nəyi isə məsləhətləşmək istəyir.
Redaksiyada üz-üzə əyləşmişdik. Səyavuş müəllim bir qovluğu mənim qarşıma qoyub dedi.
– Qovluqdakı gözəl bir povestdir. Redaksiyada hamının xoşuna gəlib. Jurnalda çap etməyi planlaşdırmışıq. Müəllif povestə qəribə bir ad verib. “Dayan! Kimdir Gələn?” Müəllifi isə tanımırıq. Rayondan, İsmayıllıdan göndərib. Fikirləşdim ki, bəlkə sən tanıyarsan? Г‡ünki müəllif povesti sənə ithaf edib. Buyur, bax.
Qovluğu aldım, elə birinci səhifədə başlanğıc altındakı sözləri oxudum: “Dostların ən sədaqətlisi, son tikəsini əsgər yoldaşları ilə yarı bölməyə hazır olan Hafiz Hüseynxanlıya həsr edirəm bu povesti. Məmməd Mirzə”.
Г‡ox sevindim:
– Məmməd Mirzə mənim əsgərlik dostumdur. İsmayıllıda nəşr olunan “Zəhmətkeş” qəzetində şöbə müdiridir – dedim.
“Dayan! Kimdir Gələn?” povesti “Ulduz” jurnalında çap olundu. Povestdə uzaq şimaldakı qarlı-buzlu, maraqlı, romantik əsgərlik həyatımdan bəhs edilirdi. Hadisələr elə real, romantik təsvir edilirdi ki, gənc oxucular “Ulduz” jurnalını məktub atəşinə tutmuşdular. Bu hadisələr düzdürmü? Müəllif özümü olub Şimal əsgərliyində? Necə olar ki, biz də əsgərliyə gedəndə o tərəflərə düşək? Və sair və ilaxır.
İndi Allaha çox şükür olsun ki, öz müstəqil ölkəmiz, günü-gündən qüdrətlənən güclü ordumuz var.
Əsgərlikdən sonra Məmməd Mirzə ilə ilk görüşüm İsmayıllıda oldu. Həmin vaxtlar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləyirdim. Görkəmli rejissor, respublikanın xalq artisti Tofiq İsmayılov SSRİ Radio və Televiziya Verilişləri komitəsinin sifarişi ilə “Г‡ovkan”, “Vulkan” və “Lahıc etudləri” adlı üç qısametrajlı film çəkilirdi. Mən isə həmin qısametrajlı filmlərin həm redaktoru, həm də direktoru idim. “Lahıc etudləri” filminin bəzi kadrları Lahıcda çəkilməli idi. Mən, filmin operatoru “İstintaq” filminə görə SSRİ Dövlət mükafatı almış Rafiq Qənbərov və çəkiliş qrupu ilə İsmayıllıya getdik. İsmayıllı rayon partiya komitəsinin birinci katibi, ixtisasca jurnalist olan Qəşəm Aslanovla görüşdük. Lahıca çəkilişə gəldiyimizi bildirdim. Bizə köməklik göstərmələrini xahiş etdim.
Qəşəm müəllim bizi çox mehriban qarşıladı, hər cür köməklik edəcəklərinə söz verdi. Rayon partiya komitəsinin qonaq evində bizə qalmaq üçün yer də ayırdı. Mən ona təşəkkür etdim və dedim:
– Qəşəm müəllim, çox sağ olun. Qalmağa yerimiz var. Əsgərlik dostum Məmməd Mirzəgildə qalacağıq. Xahiş edirəm, ona bizimlə Lahıca getməyə icazə verəsiniz.
– Bu çox yaxşı oldu, – deyə Qəşəm müəllim gülümsədi. Fikirləşirdim ki, sizinlə Lahıca getməyi kimə həvalə edim. Telefonun dəstəyini qaldırıb dostumuz, rayon qəzetinin baş redaktoru Musa Yaqubla danışdı:
– Sabahdan şöbə müdiriniz Məmməd Mirzəyə qonaqlarla Lahıca getməyə icazə ver.
Dostum, Məmməd Mirzə bir həftə bizimlə Lahıcda oldu. Г‡əkilişdə bizə hər cürə köməklik göstərdi. Dəyərli məsləhətlər verdi. Ən əsası isə bizi darıxmağa qoymadı. “Lahıc etudləri” qısametrajlı filmə SSRİ Radio və Televiziya Verilişləri Komitəsində qəbul zamanı yüksək qiymət verdilər. Şübhəsiz, bu işdə yazıçı dostumun məsləhətləri böyük rol oynamışdı. Sonralar həmişə Məmməd Mirzəni görəndə zarafatla deyirdim:
– Sən “Lahıc etudləri” qısametrajlı filmin baş məsləhətçisisən.
Məmmədmirzə Rzayevi təkcə yazıçı kimi deyil, eyni zamanda, əsl ziyalı, filosof, tənqidçi, tərcüməçi, yetkin jurnalist kimi də qəbul etmək olar. Onunla bir dəfə söhbət etmək kifayətdir ki, bu qənaətə gələsən. O, söz sərrafıdır. Bu sahədə mən deyərdim ki, fitri istedaddır.
Bu günlərdə peşə səfərdaşım, bağırbadaş həmdəmim, qədirdaşım Məmməd Mirzənin 75 yaşı tamam oldu. Əlli dörd il bundan əvvəl uzaq şimalda, Г‡elyabinski şəhərində, Orenburq vilayətində təməli qoyulan əsgər dostum bu gün tanınmış yazıçı, oxucular tərəfindən sevilən bir nasirdir.
Məmməd Mirzə bədii yaradıcılığına bir çoxları kimi şeirlə başlayıb. İlk satirik şeiri 1960-cı ildə İsmayıllıda nəşr olunan “Zəhmətkeş” qəzetində dərc edilib. Sonra əsgərlik həyatı, qəzetçilik, təhsil illəri və s.
“Biz dörd nəfər idik” hekayəsi 1972-ci ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin elan etdiyi müsabiqədə birinci yeri tutub, mükafat alıb, hekayə radioda səhnələşdirilib. Daha sonra povest və hekayələri “Azərbaycan”, “Ulduz” jurnallarında, müxtəlif qəzetlərdə dərc olunub. Bu povest və hekayələr ona görə çox maraqlıdır ki, əksəriyyəti əsgərlik həyatından bəhs edir.
Məmməd Mirzənin “Biz dörd nəfər idik”, “Dayan! Kimdir gələn?”, “Kisə qayıqda, qayıq dənizdə, dəniz təlatümdə”, “Xəyanət”, “Mühacir”, “Bağışla, Amerika”, “İbişovun azı dişi”, “Medallı küçük”, “Qadınlar bayramı”, “Xörəkpaylayan və lal”, “Yuxu dərmanı” və digər povest və hekayələri də oxucular tərəfindən maraqla qarşılanıb. Г‡ünki bu əsərlərin heç biri müəllifin uydurması deyil. Həyatdan görülüb-götürülmüş, yazıçının qələmindən süzülüb cilalanmış həyat, tale görüntüləridir.
Məmməd Mirzənin pedaqoji mövzudakı yazıları da yaradıcılığında xüsusi yer tutur.
1973-cü ildə İsmayıllıda keçirilən Respublika elmi-praktik konfransında fərqləndiyinə görə Azərbaycan Maarif Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. 1981-ci ildə Yerevan şəhərində keçirilən Ümumittifaq Pedaqoji mühazirələrində “Füzuli əsərlərinin tədrisi təcrübəsindən” mövzusunda uğurla çıxış edərək SSRİ Pedaqoji Elmlər Akademiyasının Fəxri fərmanına və pul mükafatına layiq görülüb.
Yaşının bu müdrik çağında da Məmməd Mirzə qələmdən möhkəm yapışıb: gənclik həvəsi ilə yazıb yaradır. Bu yaxınlarda onun “Olmuş əhvəlatlar, lətifələr və rəvayətlər” adlı kitabı Maarif Soltanın redaktorluğu ilə işıq üzü görüb. Başqa roman, povest və hekayələri kimi bu kitabdakı yazılar da oxucuların rəğbətini qazanıb.
Böyük sənətkar Г‡arli Г‡aplin qızı Keraldinoya ünvanlandığı məktubda yazırdı: “Mən mələk olmasam da, bütün ömrüm boyu İNSAN olmağa çalışmışam”. Bəli, heç birimiz mələk deyilik. Amma xoşbəxt o kəslərdir ki, şüurlu həyatları boyu İNSAN olmağa çalışırlar. Mən 75 yaşlı dostumu – Məmməd Mirzəni də həmin xoşbəxtlərdən hesab edirəm.
75 yaşın mübarək, əziz dostum!
Hafiz Hüseynxanlı,
“525-ci qəzet” – 28 iyun 2018-ci il

Şərh Yaz