Ahıllar ziyarət olunub

1 Oktyabr –“ Beynəlxalq Ahıllar Günüdür
BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnaməyə uyğun olaraq, hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda da ahıllara qayğı günü-gündən artır.
Ahıllar ziyarət olunub1 Oktyabr –“ Beynəlxalq Ahıllar Günüdür
BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnaməyə uyğun olaraq, hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda da ahıllara qayğı günü-gündən artır.
Bu gün ölkəmizdə 1993-cü ildən qeyd edilir. Ümummilli liderimiz Heydər Əliyev ahıllara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci ildə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.
Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Ümumiyyətlə, ahıllara hörmət və ehtiram Azərbaycan xalqının qanındadır. Bu adət xalqımızda əsrlərlə yaşayır və bu gün də yaşamaqdadır.
Ahıllar dövlətin onlara olan qayğısını hər an görür və hiss edirlər. Göstərilən diqqət onların maddi vəziyyətini yaxşılaşdırır. Qeyd etdiyimiz qayğılar rayonumuzun ahıllarından da yan keçməyib. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunan bütün ölkə vətəndaşlarının sırasında ahılların, qocaların, veteranların həyat şəraitinin zənginləşdirilməsinə xüsusi önəm verilir. 29 sentyabr 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə rayonunun ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup ahıl ziyarət olunub.
Ahılları RİH başçısı aparatının əməkdaşları, ictimai fəallar, RTŞ-nin əməkdaşları ziyarət ediblər. Onların problemləri ilə maraqlanıblar. Ahıllara tibbi yardım göstərilib, ərzaq bağlamaları verilib, hədiyyələr təqdim olunub.
Qüdrət Kazımov,
İsmayıllı bələdiyyəsinin sədr müavini

Ahıllar ziyarət olunub

Şərh Yaz