Ucalıq gətirən həvəslə

Müəllim ömrü mənalı, həm də şərəfli ömürdür. Bu ömrü yaşamaq, müəllim adını zirvələrə qaldırmaq hər insana nəsib olmur. Bu gün arzusunun zirvəsindən boylanan, şərəfli ömrü yaşayan müəllimlərdən biri də ziyalı ailəsində dünyaya göz açmış Cahangirova Səfa Meyti qızıdır.
Səfa Cahangirova 1960-cı ildə Kəlbəcər rayonunun Zülfüqarli kəndində anadan olub. Sözün həqiqi mənasında ömrünü, həyatını təhsilə, oxumağa həsr edib.
Ucalıq gətirən həvəslə       Müəllim ömrü mənalı, həm də şərəfli ömürdür. Bu ömrü yaşamaq, müəllim adını zirvələrə qaldırmaq hər insana nəsib olmur. Bu gün arzusunun zirvəsindən boylanan, şərəfli ömrü yaşayan müəllimlərdən biri də ziyalı ailəsində dünyaya göz açmış Cahangirova Səfa Meyti qızıdır.
Səfa Cahangirova 1960-cı ildə Kəlbəcər rayonunun Zülfüqarli kəndində anadan olub. Sözün həqiqi mənasında ömrünü, həyatını təhsilə, oxumağa həsr edib.
Orta təhsilini doğulduğu kəndin məktəbində alıb. 1985-ci ildə Nəsirəddin Tusi adına APU-nin kimya və biologiya ixtisası üzrə hazırlıq şöbəsinə daxil olub. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra sevdiyi və seçdiyi ixtisas üzrə instituta daxil olub. Oxuduğu müddətdə bir qayda olaraq əlaçı təqaüdü alıb. Eyni vaxtda institutda təsis olunmuş “Təbriz” təqaüdünə layiq görülüb.
S.Cahangirova institutu Fərqlənmə diplomu ilə bitirib. Gənc müəllim kimi doğma Kəlbəcərin Nəcəfalı kəndində müəllim işləyib. Məcburi köçkünlükdən sonra İsmayıllı rayonunun Topçu kəndində ixtisası üzrə əmək fəaliyətini davam etdirib.
Xoş arzulara qovuşmaq niyyətinin uğursuzluğundan, üzləşdiyi ağrı-acılarla barışmadığından, qaçqınlıq əzabından rahatlıq tapa bilməyən Səfa müəllimə ailə həyatı qurmayıb. Həyatla bağlı istək və arzularını gənclik enerjisini, şagirdlərinə xərcləyib. Bu gün də illərlə əvvəlki kimi, bir şərəfli Azərbaycan müəlliminə ucalıq gətirə biləcək həvəslə müəllimlik edir Səfa Cahangirova.
Şahin Mərdanov,
məktəbin şagirdi

Ucalıq gətirən həvəslə

Şərh Yaz