Yaddas kitabcasi

Beynəlxalq elmi-praktik forumun nümayəndə heyəti İsmayıllıda

Azərbaycan-rus İcmasının təşkilatçılığı ilə paytaxt Bakı şəhərində “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda beynəlxalq elmi-praktik Forum keçirilib.
Formun nümayəndə heyəti – millət vəkili Mixail Zabelin, Rusiyanın Azərbaycandakı səfirliyi yanında “Rossotrudniçestvo” cəmiyyətinin müavini Aleksandr Talin, Azərbaycan-rus icması cəmiyyətinin müavini Yuriy Zeninlə birgə 6 oktyabr 2018-ci il tarixdə İsmayıllıda olublar.

Beynəlxalq elmi-praktik forumun nümayəndə heyəti İsmayıllıda       Azərbaycan-rus İcmasının təşkilatçılığı ilə paytaxt Bakı şəhərində “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda beynəlxalq elmi-praktik Forum keçirilib.
Formun nümayəndə heyəti – millət vəkili Mixail Zabelin, Rusiyanın Azərbaycandakı səfirliyi yanında “Rossotrudniçestvo” cəmiyyətinin müavini Aleksandr Talin, Azərbaycan-rus icması cəmiyyətinin müavini Yuriy Zeninlə birgə 6 oktyabr 2018-ci il tarixdə İsmayıllıda olublar. Qonaqları professor, Əməkdar elm xadimi, RİH-nin başçısı Mirdaməd Sadıqov qəbul edib, onları salamlayıb və İsmayıllının tolerant və multikultural bir məkan olduğu, rayonda 8-dən çox millətin nümayəndəsinin yaşadığını diqqətə çatdırıb.
Başçı bölgədə rusların, molokan icmasının da yaşadığını, İvanovka kəndində onların həyat səviyyəsinin yüksək olduğunu bildirib. Ölkə Prezidentinin daima İvanovkaya olan diqqət və qayğısından bəhs edib. Ümummilli lider Heydər Əliyevin dəfələrlə İvanovkada olduğunu, onun tövsiyəsinə uyğun olaraq burada kollektiv təsərrüfatın qorunub saxlandığını qonaqlara bildirib.
Nümayəndə heyətini Belarus, Bolqarıstan, Almaniya, Kanada, Latviya, Polşa, Rusiya, Serbiya, Türkiyə, Özbəkistan, Ukrayna və digər ölkələrdən olan nümayəndələr təmsil edib.
Qonaqlar İvanovka kəndi ilə tanış olduqdan sonra H.Əliyev adına İvanovka kənd tam orta məktəbində “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda elmi-praktik forum keçiriblər.
Mehman Zeynalov

Beynəlxalq elmi-praktik forumun nümayəndə heyəti İsmayıllıda

Şərh Yaz