Əhən – qonaqlarını ovsunlayan kənd

Döyünən ürəyimiz, ata ocağımız, ana qucağımız, dünyaya göz açanda nur beşiyimiz, dünyadan köçəndə gor beşiyimiz olan vətənimiz Azərbaycanın hər qarışı bizim üçün əziz olmalıdır. Təkcə doğulduğumuz el-oba deyil, ən ucqar nöqtə də bizə doğma olmalıdır. O zaman biz əsl vətənpərvərlik hissindən danışa bilərik.
Doğulduğum, bu gün də yaşadığım Talıstan kəndini öz gözəlliyinə görə təkcə talıstanlılar deyil, çox insanlar sevir. Hələ XX əsrin 50-ci illərində yolu buraya düşən ölməz şairimiz Səməd Vurğun bu kəndin gözəlliyindən ilham alaraq “Talıstan” poemasını yazmışdı. Bir sözlə, kəndimiz həm gözəl təbiətə malik, həm də rayon mərkəzinə çox yaxındır. Elə buna görə həm gözlərə yaxındır, həm də könüllərə. Hər zaman axın-axın insanla dolu olan kəndimlə fəxr edirəm.

Əhən - qonaqlarını ovsunlayan kənd     Döyünən ürəyimiz, ata ocağımız, ana qucağımız, dünyaya göz açanda nur beşiyimiz, dünyadan köçəndə gor beşiyimiz olan vətənimiz Azərbaycanın hər qarışı bizim üçün əziz olmalıdır. Təkcə doğulduğumuz el-oba deyil, ən ucqar nöqtə də bizə doğma olmalıdır. O zaman biz əsl vətənpərvərlik hissindən danışa bilərik.
Doğulduğum, bu gün də yaşadığım Talıstan kəndini öz gözəlliyinə görə təkcə talıstanlılar deyil, çox insanlar sevir. Hələ XX əsrin 50-ci illərində yolu buraya düşən ölməz şairimiz Səməd Vurğun bu kəndin gözəlliyindən ilham alaraq “Talıstan” poemasını yazmışdı. Bir sözlə, kəndimiz həm gözəl təbiətə malik, həm də rayon mərkəzinə çox yaxındır. Elə buna görə həm gözlərə yaxındır, həm də könüllərə. Hər zaman axın-axın insanla dolu olan kəndimlə fəxr edirəm.
Haqqında söz açacağım kənd isə doğma İsmayıllımızın füsünkar təbiətli başqa bir kəndidir. Bu kənd haqqında yazmaq həvəsim də yəqin elə vətənpərvərlik hissindəndir.
Düzünü deyim ki, kəndimizin, rayonumuzun hər qarışının gözəl olduğunu, mənə təkrar sevdirən, vətənin gülünə, çiçəyinə, dağına, düzünə böyük sevgi ilə yanaşan Bakı şəhər sakini, əslən irəvənlı olan mühəndis Şamil Əhmədov və onun ömür-gün yoldaşı Səxavət xanım oldu.
5 ildir ailəvi dostluq edirik. Onlar hər gəlişi ilə həyatımıza yeni rəng qatır, doğma rayonumuzun hələ görmədiyimiz bir kəndinin yamacını, cığırını bizə tanıdır və sevdirir. Doğrusu, bu ailəni tanıyandan rayonumuzun hər qarışı mənə daha doğma gəlir.
Dəyərli qonaqların dilindən tez-tez bu niskilli sözləri eşidirik:
Kəndimin kəsəyi olum,
Dumanı çisəyi olum.
Ətirli çiçəyi olum,
Kaş yurduma bir də dönüm.
Düşünürəm ki, yəqin bunları təbiətə bu qədər bağlayan itirdikləri, 30 ildir həsrətində olduqları yurd yerləridir. Belə düşünəndə, öz el-obama daha ürəkdən vurğun oluram.
Biz də dostluq etməyi, qonaq qarşılamağı, qonaq getməyi sevən ailələrdənik. Lahıcətrafı kəndlərdən olan Əhəndən bir ailə ilə tanış olmuşuq. Bu tanışlıq səmimi dostluğa çevrilib.
Belə ki, yeganə övladımız ağır əməliyyat keçirən zaman Əhən kənd sakini Ziyad Xancanov da əməliyyat keçirmişdi. Övladımızın vəziyyəti çox ümidsiz idi. Onda 54 yaşlı Ziyad kişi öz ağrılarını unudub, övladımız üçün dualar edirmiş. Hətta, Tanrıya: “Məni al, o gəncə qıyma“, – deyib yalvarıbmış.
Sən demə, bu ailə heç vaxt övlad sahibi olmayıb da–¦
Şükürlər olsun təcrübəli həkimlərin səyi, insanların Tanrıya duası ilə övladımız həyata qayıtdı və bu gün əvvəlkindən daha gümrahdır. Sevinirik ki, övladımız sağaldı, həm də Ziyad kişi və onun xanımı Gülayə kimi böyük ürəkli insanlarla dost olduq. Günlərin birində bu ailəni qonaq çağırdıq. Ailəmizi, kəndimizi çox bəyəndilər. Aradan bir müddət keçdi, onlar bizi Əhənə, evlərinə dəvət etdilər. Nə gizlədim, bu dəvət çox ürəyimcə oldu. Necə deyərlər: “İstədiyim oldu yar, yetirdi pərvərdigar“.
Doğma rayonumda görmədiyim bir kəndi görəcəkdim. Ailənin hər iki üzvünün necə gözəl insan olduğunu bilirdik. Əhən kəndində iki gün qonaq olduqdan sonra hər şey mənə aydın oldu. Baba dağının ətəyində Girdiman çayının sahilində kəklikotu ətirli yamaclarla əhatə olunmuş bu kəndin diş donduran suyundan, əsl dağ havasından udandan sonra başa düşdüm ki, buranın insanları məhz bu cür – halal, mərhəmətli, qonaqpərvər olmalıdır. Ziyad kişi və Gülayə xaım kimi.
Ziyad kişinin həyəti bütün gün dolub-boşaldı. Hamı bizi evlərinə qonaq dəvət etdi, hər kəs bizə gülərüzlə: –ћXoş gəlmisiniz!“, – dedi. Ziyad kişi bildirdi ki, biz heç vaxt övladsızlığı duymamışıq, hər gün həyətimiz belə qonaq-qaralı olub. Səhər tezdən kəndi gəzməyə çıxdıq. Qız-gəlinlər yamaclara səpələnib kəklikotu yığır. Kişilərdən kimisi qoyun-quzu otarır, kimisi həyətdə gedən tikinti işlərinə nəzarət edirdi. Həyətlərin çoxunda tikinti-quruculuq işləri gedir, insanlar öz rahat yaşayışları üçün şərait yaradırlar. Mənə çox maraqlı gəldi. Kənddə bir dənə də köhnəliyi xatırladan ev, köhnə dam örtüyü görmədim. Dağın dibində, rayon mərkəzindən xeyli aralıda kənddəki evlər müasirliyi əks etdirir. Həyətlərdəki daimi su, hamam, kanalizasiya böyük rahatlığın, mədəniyyətin göstəricisidir. İnternetin olması burdakı insanların dünya görüşünün sərhədləri aşmasından xəbər verir. Kənddə yeni məktəb binasının tikilməsi ölkə rəhbərinin Azərbaycanın ən ucqar nöqtəsinə də böyük qayğı və diqqətindən söz açır. Ürək açan ən böyük iş odur ki, kəndin ətəyinə qədər güzgü kimi yeni asfalt yol çəkilib – Lahıcla Şamaxının Dəmirçi kəndi arasında. İnanıram ki, günlərin bir günündə kəndin içinə də asfalt yol çəkiləcək. Г‡ünki Əhən kəndi paytaxtdan, rayon mərkəzindən məsafəcə uzaq olsa da, könüllərə yaxın kənddir.
Son illər qonşular, qohumlar, ümumiyyətlə, insanlar arasındakı soyuq münüasibət məni düşündürür və ağrıdır. Burda gördüklərim ürəyimə bir rahatlıq, sərinlik gətirdi. İnsanlar arasında böyük doğmalıq, istilik gördüm. Nədənsə, son illər qonşular aradakı hasarlarını daha da hündürləşdirir, biri-birlərinin ac-toxluğundan xəbərsizdirlər. Xəbərdar olsa belə, buna laqeyd yanaşma var. Əhəndə isə hər şeyi tərsinə, daha doğrusu, qaydasında gördüm. Qonşular arasında çəpər, hasar da yox idi. İnsanlar bulaq başında, yolda dəstə-dəstə, xoş əhvalda söhbət edirlər. Ölməz şairimiz B.Vahabzadənin yazdığı bu beyti Əhən kəndinə hələ şamil etmək olmaz:
Qorxuram dünyaya bir zaman gələ,
İnsanlar yaşaya, insanlıq ölə.
Yox, Əhən kəndində həm insanlar, həm insanlıq yaşayacaq. Bir neçə ailədə kəklikotu çayına qonaq olduq. Kənd, onun sakinləri bizdə müsbət hisslər oyatdı. Bu kənddəki adət-ənənə, insani münasibətlər təbliğ olunmalıdır. Bu kənddə turizim vüsət alması üçün vacib işlər görülməlidir. Xarici və yerli qonaqlar burdan çox şey görub-götürməlidir.
İradə Hüseynova,
Talıstan kənd tam orta məktəbinin müəllimi

Əhən - qonaqlarını ovsunlayan kənd

Şərh Yaz