“Girdiman” bələdçi klubu seminar keçirib

İsmayıllı rayonunun Talıstan kəndində Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” çərçivəsində İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində tarix müəllimi Təranə Yusifovanın rəhbərliyi ilə yaradılan “Girdiman” bələdçi klubunun “İsmayıllının mədəni irsinin təbliğində bələdçilərin rolu” mövzusunda iki günlük seminarı keçirilib.
Seminarda 1 nömrəli tam orta, Lahıc qəsəbə və Qalacıq kənd tam orta məktəbinin, Bakı şəhər 76, 270, 280, 281 nömrəli tam orta məktəblərinin, Ağsu, Füzuli, Qubadlı, Salyan rayonlarının, Sumqayıt şəhərinin nümayəndələri, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai birliyinin könüllüləri, “Girdiman” bələdçi klubunun üzvləri iştirak ediblər.

“Girdiman” bələdçi klubu seminar keçirib    İsmayıllı rayonunun Talıstan kəndində Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” çərçivəsində İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində tarix müəllimi Təranə Yusifovanın rəhbərliyi ilə yaradılan “Girdiman” bələdçi klubunun “İsmayıllının mədəni irsinin təbliğində bələdçilərin rolu” mövzusunda iki günlük seminarı keçirilib.
Seminarda 1 nömrəli tam orta, Lahıc qəsəbə və Qalacıq kənd tam orta məktəbinin, Bakı şəhər 76, 270, 280, 281 nömrəli tam orta məktəblərinin, Ağsu, Füzuli, Qubadlı, Salyan rayonlarının, Sumqayıt şəhərinin nümayəndələri, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai birliyinin könüllüləri, “Girdiman” bələdçi klubunun üzvləri iştirak ediblər.
Seminarı layihənin rəhbəri Təranə Yusifova açaraq, layihə çərçivəsində görülən işlərdən bəhs edib. Layihənin eksperti və könüllülər qrupu müəyyən edilib. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə layihə iştirakçıları ilə ekspert – tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin görüşü keçirilib. “Girdiman” bələdçi klubunun fondu yaradılıb, ekspert tərəfindən inventarlaşdırma mövzusunda seminar keçilib.
“Girdiman” bələdçi klubu İsmayıllının maddi və mənəvi irsinin öyrənilməsi və təbliğinə digər rayon və şəhərlərin məktəblilərini də cəlb etmək məqsədi ilə fotoqrafiya, əl işləri, rəssamlıq, esse və videofilm üzrə müsabiqə elan edib. Müsabiqəyə təqdim olunan işlər seçilib, diplom və sertifikatlara layiq görülüb.
Qaliblərə yeni nəşr olunmuş “İsmayıllının mədəni irsi” kataloqu hədiyyə edilib. Sonda xatirə şəkli çəkilib.
Elnarə Qasımova

“Girdiman” bələdçi klubu seminar keçirib
“Girdiman” bələdçi klubu seminar keçirib

Şərh Yaz