Milli Dirçəliş Günü qeyd olunub

Noyabrın 15-də İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində “Milli Dirçəliş günü” münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Milli Dirçəliş Günü qeyd olunub
Tədbiri giriş sözü ilə məktəbin tədris işləri üzrə direktor müavini Maral Məmmədova açıb. Əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdib və bu tədbirin Azərbaycanda Milli azadlıq hərəkatı tarixinin xatırlanması və milli mənlik şüurunun yaddaşlarda möhkəmləndirilməsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədini daşıdığını bildirib.Milli Dirçəliş Günü qeyd olunub
Sonra məktəbin tarix müəllimi Samir Nizamlı çıxış edərək1988-ci ilin noyabrın17-dən başlayan meydan hərakatının azad Azərbaycan uğrunda savaşın təməlini qoyduğunu,bu hərəkatda əsas qüvvənin gənclər olduğundan danışıb. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin bayrağının daha yüksək zirvələrdə dalğalanacağını bildirib. Milli Dirçəliş Günü qeyd olunub
Dirçəliş gününün tarixinə aid videoçarx nümayiş etdirilib. Sonra tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşdırılıb.
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz