Yaddas kitabcasi

AZƏRBAYCAN ORDUSU MÜSTƏQİLLİYİMİZİN QARANTIDIR

Aydın məsələdir ki, hər bir dövlətin müstəqilliyinin, torpaqlarının və ərazisinin, eləcə də xalqının qorunmasının əsas təminatçısı onun ordusudur. Ordu nə qədər güclü olarsa, dövlət müstəqillik uğrunda addımlarını inamla atar. Bu mənada torpaqlarının 20 faizi işğal olunmuş Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün güclü bir ordunun yaranması zərurətini qeyd etmək lazımdır. AZƏRBAYCAN ORDUSU MÜSTƏQİLLİYİMİZİN QARANTIDIR
AZƏRBAYCAN ORDUSU MÜSTƏQİLLİYİMİZİN QARANTIDIR
AZƏRBAYCAN ORDUSU MÜSTƏQİLLİYİMİZİN QARANTIDIR      Müasir ordunun yaradılması üçün hər şeydən əvvəl varislik əlaqələri bərpa edilməli idi. Belə bir əlaqə artıq bərpa edilmiş, Cümhuriyyət Ordusunun yaranması və inkişafı ilə əlaqədar olaraq kifayət qədər tədqiqatlar aparılmışdır. Məhz bu varisliyin əlamətidir ki, ulu öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələri bayramı gününü dəyişərək 9 oktyabrdan 26 iyuna keçirmişdir. Bu, böyük bir uzaqgörənlik olmaqla yanaşı ordumuzun yaranma tarixini, formalaşma prinsiplərini də özündə əks etdirir. 1918-ci ildə yaranmış və cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti zamanı ordumuzun yaradılması və ona görkəmli sərkərdələrimiz Əlağa Şıxlinski və Səməd bəy Mehmandarovun rəhbərlik etməsi bu orduya olan inamı daha da artırdı. Demək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yaradılmasından xeyli vaxt keçməsinə baxmayaraq, Azərbaycan xalqı XX əsrin sonunda ikinci dəfə ordu yaradılması zərurəti ilə üz-üzə qaldı. Cümhuriyyət Ordusunun qısa, lakin şərəfli tarixi bu günümüz üçün də mühüm əhəmiyyət kəsb edir və yüksək mənəvi dəyərlərimizi üzə çıxarır.
Г‡ox qısa bir zamanda bu cür mənəvi dəyərləri inkişaf etdirmək, 1988-ci ildən Ermənistanın torpaq iddialarına qarşı cavab vermək zərurəti güclü ordunun yaradılmasını şərtləndirdi. Dövlətçiliyimiz və xalqımız üçün son dərəcə məsuliyyətli və həlledici bir zamanda ölkəni mövcud vəziyyətdən xilas etmək, ordu quruculuğumuzu inkişaf etdirməyə qadir olan bir qüvvəyə ehtiyacın olması göz qabağında idi. Bu isə ancaq, xalqın iradəsi və təkidi ilə hakimiyyət başına gəlmiş ümummilli lider, ulu öndər Heydər Əliyev ola bilərdi. Ordu quruculuğu sahəsində ona qədər buraxılan kobud səhvlər ulu öndər Heydər Əliyevin bu sahəyə diqqətini artırdı.
İlk olaraq Azərbaycanın müdafiə imkanlarının səfərbər edilməsi, Azərbaycanın dövlətçiliyinin əsas təminatçısı olan güclü ordu qurub yaratmaqları lazım idi. ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də xalqa və orduya müraciətləri ilə ordu quruculuğunda bir dönüş başlandı. Burada Hərbi komissarlıqların ordu quruculuğundakı fəaliyyətlərindən və gördüyü işlərdən danışmaya bilmərəm…
Məhz həmin vaxtdan etibarən Ermənistan ordusuna qarşı ilk dəfə olaraq ciddi, kəsərli müqavimətlər göstərildi. Həmin ilin payızından başlanan və 1994-cü ilin yazına kimi davam edən döyüş əməliyyatları Azərbaycan ordusunun döyüş qabiliyyətini layiqincə göstərdi. 1993-cü ilin dekabr ayının sonlarında Azərbaycan ordusu Goranboy, Tərtər, Ağdam istiqamətində düşmən qoşunlarının qarşısını qətiyyətlə aldı, düşmən böyük itki verərək geri çəkildi. Füzuli-Beyləqan istiqamətində əks hücuma keçən qoşunlarımız işğal olunmuş ərazilərimizin bir hissəsini azad etdi. Tezliklə Ermənistan danışıqlar stolu arxasına gəlməyə məcbur oldu və 1994-cü il mayın 12-də atəşkəs haqqında sənədə qol çəkdi. 1994-cü ilin mayın 12-də başlanan atəşkəs isə ordu quruculuğunu dönmədən inkişaf etdirmək üçün bu imkanı yaratmış oldu.
Atəşkəs nəticəsində həm saysız-hesabsız itkilərin qarşısı alındı, həm də ordumuzun yenidən qurulması istiqamətində mühüm addımlar atıldı.
1994-cü ilin mayından sonrakı dövrdə Azərbaycan Silahlı Qüvvələri yeni inkişaf mərhələsinə qədəm qoydu. Kadr və təhsil müəssisələri, səfərbərlik sahəsində işlər görüldü. Ali hərbi tədris müəssisələri yenidən quruldu. Yüksək peşəkarlığa malik kadrlar hazırlandı. Əslində kadr hazırlığına ulu öndər Heydər Əliyev hələ sovet dövründə başlamışdı. Keçmiş Sovetlət İttifaqı zamanında 1975-ci ildə ulu öndər Heydər Əliyev misilsiz bir uzaqgörənliklə C.Naxçıvanski adına hərbi litseyin Bakıda açılmasına nail olmuşdur. Məşhur hərbiçilərimizin, səriştəli komandirlərimizin yetişməsində, müasir ordu quruculuğunda məhz bu məktəbin yetirmələri yaxından iştirak etmişdir. Postsovet məkanında bu cür məktəbin yalnız respublikamızda açılması da böyük tarixi hadisə olmaqla yanaşı, Heydər Əliyev uzaqgörənliyinin də bir təzahürü hesab olunmalıdır.
Ümummilli lider, ulu öndər Heydər Əliyev çıxışlarının birində demişdir: “Mən indi düşünürəm, əgər bu hərbi məktəb olmasaydı, bizim ordumuzdakı zabitlərin çoxu yəqin olmayacaqdı. Г‡ünki bu zabitlərimizin çoxu həmin məktəbin yetirməsidir. Bu məktəbdən sonra biz ildə təxminən 800-900 nəfər gənc azərbaycanlını Sovetlər İttifaqının ali hərbi məktəblərinə göndərirdik. O cümlədən, Bakıda yerləşən iki ali hərbi məktəbdə zabitlər hazırlayırıq. İndi ordumuzda olan zabitlərin tam əksəriyyəti həmin dövrdə hazırlanan zabitlərdir, onlar bu gün də xidmət edirlər. Bu işləri biz vaxtında görmüşük. O dövrdə bizim imkanlarımız məhdud idi, amma bunları etmişik. Bu gün isə hər şey bizim öz əlimizdədir və çalışmalıyıq ki, bu imkanlarımızdan istifadə edib güclü ordu yaradaq”…
Ulu öndər Heydər Əliyev ali hərbi məktəblərimizin maddi-texniki bazasının möhkəmləndirilməsini, burada zabit kadrların yüksək keyfiyyətlə hazırlanmasını daim ciddi nəzarətdə saxlayırdı, öz diqqət və qayğısını bu vacib sahədən əsirgəmirdi. Onun yeganə məqsədi və arzusu güclü Azərbaycan ordusu yaratmaq olub. Özünün dəfələrlə qeyd etdiyi kimi: “Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara hazırlaşmaq istəyirik. Yox, sadəcə olaraq müstəqil Azərbaycan Respublikasının özünəməxsus güclü ordusu olmalıdır. Bizim keçmişdə də orduda xidmət etmək sahəsində böyük ənənələrimiz olub. Məsələn, XIX, XX əsrləri götürsək, Azərbaycan çar Rusiyasının tərkibində olarkən xalqımızın çox dəyərli şəxsiyyətləri orduda yüksək rütbələrdə xidmət etmişlər, general rütbələri almışlar. Biz bu gün də general Mehmandarovla, general Əliağa Şıxlinski ilə, yaxud Talışxanovlar, Bakıxanovlar, Ağalarovlar, Naxçıvanskilər nəslindən olan generallarla fəxr edirik. Onlar bizim tariximizə yazılıblar. Biz onları böyük hörmət və ehtiram hissilə xatırlayırıq”.
Ulu öndərin qeyd etdiyi kimi,”həqiqətən də bizim ordumuzun çox zəngin tarixi ənənələri olubdur. İstər çarizm dövründə, istərsə də sovet məkanında çoxları bizim xalqa, sərkərdələrinə, qəhrəmanlarına həsəd aparıblar. İkinci dünya müharibəsinin tarixindən öyrənirik ki, Hitler faşizminə qarşı mübarizədə yüz minlərlə igid azərbaycanlı öz sözünü demiş, düşmənə layiqli cavab vermişdir. Məhz həmin müharibə dövründə Həzi Aslanov, Akim Abbasov, Mahmud Əbilov kimi böyük sərkərdələrimiz olubdur. Doğrudur, bunlar müstəqil Azərbaycanın olmayıblar, amma Azərbaycanın mənsub olduğu dövlətə, orduya xidmət ediblər. Yəni Azərbaycanın nə qədər yüksək səviyyəli zabit, general hazırlamaq imkanını nümayiş etdiriblər”.
Bu gün böyük qürur hissilə müstəqilliyə nail olduğumuz 27 il müddətində tarixin ən çətin sınaqlarından mətanətlə çıxmış Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyyətinin hərbi-texniki, döyüş və mənəvi-psixoloji hazırlığı yüksəlmiş, dövlətimizin müdafiə qüdrəti güclənmişdir. Ordumuz müasir texnika və silahlarla təchiz olunmuş, yüksək hərbi vərdişlərə malik olan əsgər və zabit heyyəti yetişmişdir. İndi Azərbaycan Respublikasının müstəqilliyini, xalqımızın əmin-amanlığını qorumağa qadir olan ordusu var. Bu ordu tarixi ənənələrə söykənərək gündən-günə, aydan-aya daha da möhkəmlənir.
Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuz üçün hər nə lazımsa edir, ordunun müasir texnika və silahlarla təmin edilməsinə, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət yetirir.
Ali Baş Komandan İ.Əliyevin dediyi kimi bu gün “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”. … Möhtərəm prezidentimizin bu tarixi sözləri bir daha 2016-cı il 2-5 aprel tarixində ermənilərin növbəti təxribatı zamanı öz təsdiqini tapdı. 2-5 aprel döyüşlərində Azərbaycan ordusu bir daha düşmənə layiqli cavab verməklə onların dərsini verdi və eləcə də minlərlə hektar torpaqlarımızı işğaldan azad etdi. Prezidentimiz cənab İlham Əliyev demişdir: “Əgər erməni əsgərləri ölmək istəmirsə, qoy onda onlar Azərbaycan torpaqlarından rədd olub getsinlər”. Mənə belə gəlir ki, onlar özləri bunu etməsələr Azərbaycan Ordusunun gücü buna çatar. BMT-nin tribunasından möhtərəm Prezidentimiz bu yaxında bütün dünyaya bildirdi ki, ermənilər işğala son qoymasalar öz layiqli cəzalarını alacaqlar.
Tariximizin şanlı səhifələri olan 2016-cı il Aprel döyüşlərindəki nailiyyətlərdən sonra, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümünün qeyd olunacağı ərəfədə Günnüt kəndinin, əzəli torpaqlarımız olan 11 min hektar ərazinin, strateji cəhətdən olduqca əhəmiyyətli olan yüksəkliklərin canlı itki vermədən işğaldan azad olunması ordumuzun gücünü, eləcə də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi əzmkarığını və qüdrətini nümayiş etdirdi. Atılan bu adımlardan sonra xalq tamamailə əmindir ki, işğalda olan digər torpaqlarımızda da tezliklə üçrəngli bayrağımız dalğalanacaqdır.
Bu gün müstəqilliyinin 27-cı ildönümünü təntənə ilə qeyd etdiyimiz Azərbaycan Respublikasının qarantı onun ordusudur. O ordu ki, onun tarixi ənənələrə söykənən və şərəfli yaranma və döyüş yolu vardır. Ordu dövlətin dayağıdır. Ordu Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qoruyucusu, təminatçısıdır.
Müdriklər demişdir:
Ordusuz bir ulusun yurdu talan olmalıdır,
Onun azadlığı gerçəkdə yalan olmalıdır.

Ordun varsa, yurdun var,
Ordun yoxsa, yurdun yox.
Bu gün bizim yurdumuz da var, yurdumuzu qoruyan ordumuz da.
Yaşasın Müstəqil Azərbaycan və onun şanlı ordusu!
Əlaləm Babayev,
Veteranlar Təşkilatı İctimai Birliyinin İsmayıllı Rayon Şurasının sədri

Şərh Yaz