Yaddas kitabcasi

İdeal ailə modeli gənclərə təbliğ olunur

8 iyun 2018-ci il tarixdə “Könül Evi” Aztəminatlı Ailələrə Yardım ictimai birliyinin “İdeal ailə modelinin gənclər arasında təbliğinin təşkili” adlı layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə rayonun 15-30 yaş arası fəal gəncləri iştirak edib.İdeal ailə modeli gənclərə təbliğ olunur
İdeal ailə modeli gənclərə təbliğ olunur     Tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülər Baxışova açaraq layihə icraçılarını və tədbir iştirakçılarını salamlayıb, mövzunun hazırkı zamanla uzlaşması və gənclərin maarifləndirilməsində önəmini qeyd edib. Layihənin icraçıları N.Atabəyli, Z.Nuriyeva və S.Mustafayeva gənclər qarşısında çıxış ediblər.
Mövzu dinləyicilər tərəfindən maraqla qarşılanıb. Tədbir diskusiya şəklində davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz